Azərbaycan İdman Akademiyası (ASA) ilə Malayziyanın INTI Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Apasport.az xəbər verir ki, görüşdə ASA-nı tədris işləri üzrə prorektoru Ülkər Babayeva, ümumi işlər üzrə prorektor Taleh Qələndərli və beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Həsən İbrahimli təmsil ediblər.
Memorandum tərəflər arasında tədris, elmi fəaliyyət və beynəlxalq əlaqələr sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, ASA və INTI ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq reytinqlər istiqamətində əməkdaşlıq edəcək, professor-müəllim heyətinin və tədqiqatçıların, həmçinin fizioterapiya və idman menecmenti ixtisasları üzrə bakalavr tələbələrinin mübadiləsini həyata keçirəcəklər. Bununla yanaşı, birgə seminar və konfranslar təşkil olunacaq.
Qeyd edək ki, sözügedən memorandum ASA-nın Cənub-Şərqi Asiya regionunda yerləşən universitetlərlə imzaladığı ilk əməkdaşlıq sənədidir.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir