Azərbaycan - Monteneqro matçının təyinatları bəlli olub
18.02.2025 - 14:28
Azərbaycan - Monteneqro matçının təyinatları bəlli olub

Millətlər Liqasının C4 qrupunun Azərbaycan və Monteneqro qadın komandaları arasında Bakıda keçiriləcək açılış turunun oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az UEFA-ya istinadən xəbər verir ki, baş hakim Tatyana Sorokopudovadır.

Ona laynsmenlər Nargis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elvira Nurmustafina yerinə yetirəcək.

Hakimlər briqadası Qazaxıstanı təmsil edir. Azərbaycan - Monteneqro oyunu fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.