Azərbaycanın dörd boksçusu “Qızıl əlcək”də
17.10.2023 - 10:21
Azərbaycanın dörd boksçusu “Qızıl əlcək”də

Oktyabrın 18-də Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turniri start götürəcək. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası açıqlayıb.

4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək”də Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqesə (86 kq) şans verəcək. 

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək. Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışın püşkü oktyabrın 17-də atılacaq.
 

0