Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqust üçün müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.
Belə ki, yığmamızda məşqçi kimi də çalışan Elxan Məmmədov (100 kq) mövqeyini yaxşılaşdırıb. Dünya çempionumuz bir pillə irəliləməklə, 6-cı yerə qalxıb. Qadınlardan ibarət millimizin lideri İrina Kindzerska (+78 kq) da Məmmədov kimi bir rəqibini qabaqlayaraq, 6-cı pilləyə yüksəlib.
Onlardan fərqli, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, 15-ci, 20-ci, 2-ci, 3-cü, 10-cu və 19-cu yerdədi.
Yığmamızın əsas üzvlərindən yalnız Elmar Qasımov (100 kq) geriləyib. O, 11-ci pillədən 12-yə enib.
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub