Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb
08.10.2024 - 11:01
Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə - Latviya oyununda hakimlərin işinə qiymət verəcək.

A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.

0