Kərim Benzema "Əl-İttihad"a qayıtmağa hazırlaşır
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu komandanın bu günə təyin olunan ilk məşqində iştirak edib.
Komandanın baş məşqçisi Marselo Gallardo onu heyətə daxil etmək qərarına gəlsə, forvard çərşənbə günü "Əl Taavon"a qarşı matçda meydana çıxacaq. Ərəb mediasında çıxan xəbərlərdə təcrübəli hücumçunun oyunun ikinci hissəsində iştirak etmək ehtimalının olduğu bildirilir.
Qeyd edək ki, xüsusilə Avropa mətbuatında Benzemanın Səudiyyə Ərəbistanında oynamaq istəmədiyi haqda məlumatlar yayılsa da, o, bu xəbərləri təkzib edərək, uydurma adlandırmışdı.
- “Bir anda 32 il əvvələ qayıtdım” – Bəxtiyar Musayevdən “Fənərbaxça” xatirələri
- I Liqa: IV turun oyun cədvəli açıqlanıb
- II Liqa: V tura yekun vurulub
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli