“Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
30.09.2026 - 15:05
“Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək

“Qalatasaray” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi oktyabrın 2-də “Pendikspor”la qarşılaşacaq.

Pendik Bələdiyyə Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Matç “Qalatasaray”ın rəsmi “YouTube” kanalı və “GSPlus” platforması vasitəsilə canlı yayımlanacaq.

“Okan Buruk”un komandası bu görüşdən sonra rəsmi matçlara hazırlaşacaq.

“Qalatasaray” oktyabrın 9-da Superliqada “Kasımpaşa”nı, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”nı qəbul edəcək.