"Braqa" ilə səfər oyunu üçün "Qarabağ"a 1500 yer ayrılıb
09.02.2024 - 19:26

UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçını stadiondan izləmək istəyən "Qarabağ" azarkeşləri üçün 1500 ədəd bilet ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə "köhlən atlılar"ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər oyun günü - fevralın 15-i yerli vaxtla saat 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında - A09 və A10 sektorlarının qarşısında satılacaq.
Qeyd edək ki, biletin qiyməti 40 avrodur. Bilet almağa gələrkən azarkeşlərin özü ilə şəxsiyyəti təsdiq edən sənəd götürmələri tələb olunur.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0