
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə I təsnifat mərhələsinin 5 oyunu keçiriləcək.
Qarşılaşmalar saat 14:00-da start götürəcək. Qalib komandalar II təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
14:00. "Sheki City" – "Araz Saatlı"
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
"Rekord Arena"
14:00. "Qaradağ Lökbatan" – "Ağdaş"
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Dinamo" – "Kür-Araz"
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu
14:00. "Ağstafa Gəncləri" – "Şirvan"
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Ağstafa şəhər stadionu.