[b]“Bütün nəticələrə görə mən cavabdehəm” – Fernando Yerro[/b]
01.07.2018 - 22:25
[b]“Bütün nəticələrə görə mən cavabdehəm” – Fernando Yerro[/b]

“Maçtdan öncə oyunçulara dedim ki, bu, dünya çempionatıdı, həvəslə oynayın. Nəticədən asılı olmayaraq meydanı başı dik tərk etməliyik”. Apasport.az saytının xüsusi müxbiri Fərid Əkbərovun verdiyi məlumata görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro deyib.

 

DÇ-2018-in 1/8 final mərhələsində Rusiya ilə qarşılaşan İspaniya millisi əsas vaxtı 1:1 başa çatan oyunda penaltilər seriyasında məğlub olaraq mundialla vidalaşdı.

 

Oyundan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Yerro fikirlərini bölüşüb: “İlk qolu biz vurduq, sonra Rusiya penaltidən bərabərliyə nail oldu. Rəqibin standart vəziyyətdən yaxşı oynadığını bilirdik. Heç bir oyunçudan narazılığım yoxdu. Bu, futboldu, her şey olur. Penalti lotoreyadı, bizim bəxtimiz gətirmədi. Ruslar müdafiədə yaxşı təşkilatlanmışdılar. Əgər biz tam hücum futbolu oynasaydıq, çox qol buraxardıq”.

 

Gənc mütəxəssis “təklif etsələr, yenə baş məşqçi postunda qala bilərsinizmi?” sualına belə cavab verib: “Bu, məni maraqlandırmır. Çempionatina 3 gün qalmış baş məşqçi təyin ediblər. Əlimdən gələni etdim. Özümü və ya kimsəni günahkar saymıram. Bu qərarı verəndə məsuliyyəti başa düşürdüm. Göstərdiyimiz nəticənin cavabdehliyini özüm daşıyıram. Bu çempionatda yaxşı oynadıq və evə də rahat gedirik. Bütün oyunlara görə cavabdehlik daşıyıram”.

0