[b]DÇ-2018: “Sautqeyt Qvardioladan məsləhət alıb”[/b]
08.07.2018 - 20:44
[b]DÇ-2018: “Sautqeyt Qvardioladan məsləhət alıb”[/b]

İngiltərənin məşhur futbolçularından olan Pol Skoulz yığmasının dünya çempionatındakı çıxışını dəyərləndirib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Mançester Yunayted”in əfsanəvi oyunçusu millinin uğurunda "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın əməyini vurğulayıb.

 

Onun fikrincə, baş məşqçi Qaret Sautqeyt ispaniyalı mütəxəssin oyun üslubundan yararlanır: “Məncə, Qvardiolanın oynatdığı futbol Sautqeytə təsir edib. Xüsusən də, üçlü müdafiə xəttinin və qapıçının oyununda bu, aşkar şəkildə bəlli olur. Qaret bunu gizlətməyə çalışmır. Məncə, o, Peplə görüşüb və ondan məsləhət də alıb. Eyni futbolu oynatmağa çalışdığını görürəm. Pepin oyun üslubunu kopyalamaq məntiqli addımdı”.

 

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında mübarizəni davam etdirir. Ada təmsilçisi yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.

0