Cənubi Afrika millisinin və “Mamelodi Sandaunz” klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, futbolçunun ölümü CAR Futbol Federasiyası və ölkənin İdman Nazirliyi tərəfindən təsdiqlənib.
Yerli mətbuatda hadisənin səbəbi ilə bağlı müxtəlif iddialar yayılsa da, ailəsi və rəsmi qurumlar ölüm səbəbini hələ açıqlamayıb.
Futbolçunun dünya çempionatı zamanı 72 yaşlı nənəsini itirdiyi bildirilir.
Adams DÇ-2026-da Cənubi Afrika millisinin qrup mərhələsindəki hər üç oyununda meydana çıxıb. Komanda 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, Ceyden Adams milli komandada 2022-ci ildə debüt edib. O, klub karyerasında “Stellenboş” və “Mamelodi Sandaunz”un formasını geyinib.