![De Blekerdən mübahisəli açıqlama: "VAR müdaxilə edə bilməzdi"](https://apasport.az/storage/news/2025/february/11/big/67ab031ea9a6867ab031ea9a69173926070267ab031ea9a6667ab031ea9a67.jpg)
Misli Premyer Liqasının XXII turunda keçirilən “Sabah” – “Turan Tovuz” (2:1) oyununda yaşanan mübahisəli məqamlara aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmada yaşanan mübahisəli epizodları şərh edib:
"Meydanın “Sabah” komandasına aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücumun başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur.
Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir.
90+5-ci dəqiqədə isə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.
Hər iki halda VAR protokola doğru əməl etdi".