Əli Qurbaniyə Azərbaycandan müştəri
05.07.2023 - 13:07
Əli Qurbaniyə Azərbaycandan müştəri

Azərbaycan milli komandasının futbolçusu Əli Qurbani yenidən Premyer Liqamızda oynaya bilər. 

Apasport.az saytının məlumatına görə, İranda “Fulad”ın formasını geyinən 32 yaşlı hücumçuya ölkəmizdən bir neçə klubun maraq dairəsinə düşüb.

Onun xidmətində maraqlı olan Premyer Liqa klubları Əlinin meneceri ilə əlaqə qurub. Təmsilçilərimiz agent vasitəsilə forvardın yenidən Azərbaycanda oynamaq istəyi ilə maraqlanıb.

Cəlbedici təklif olacağı təqdirdə, Qurbaninin Azərbaycan çempionatında çıxış etməsi reallaşa bilər. Amma bunun üçün hazırkı komandası ilə müqaviləsinə xitam verilməlidir. 

Qeyd edək ki, “Sumqayıt”dan ayrıldıqdan sonra “Fulad”a keçən Alinin İran klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. 
 

0