Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı qrossmeyster ukraynalı həmkarı Natalya Buksa ilə nişanlanıb.
Onların nişan mərasimi 1 gün öncə rəsmiləşib və hər iki idmançı bunu sosial şəbəkə vasitəsilə paylaşıb.
1996-cı ildə Lvovda anadan olan Buksa 2015-ci ildə 20 yaşadək şahmatçılar arasında dünya çempionu tituluna yiyələnib. O, Ukrayna birinciliklərində və digər turnirlərdə müxtəlif əyarlı medallar qazanıb. Ölkəsinin yığmasının şərəfini qoruyan Natalyanın ən yüksək reytinqi ötən ilin dekabrına təsadüf edib. Qrossmeyster 2385 xalla 76-cı yerdə olub.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub