
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində Azərbaycan yığması Monteneqro millisini 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev bir sıra açıqlamalar verib:
"Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz".
- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?
- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.
- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?
- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb