Emil Mustafayev: "Bu mənim uşaqlıq arzum idi"
27.03.2024 - 17:10
Emil Mustafayev: "Bu mənim uşaqlıq arzum idi"

Azərbaycan milli komandasının heyətində Monqolustanla matçda debüt etmiş Emil Mustafayev apasport.az saytına açıqlama verib.

Bolqarıstanla görüşdə də meydana çıxan gənc yarımmüdafiəçi saytımıza açıqlamasında bunları deyib:

"Azərbaycan millisinin heyətində debüt etdim. Buna görə də özümü çox xoşbəxt hiss edirəm. İnanın, bu mənim uşaqlıq arzum idi. Gerçəkləşdirdiyim üçün şadam. Daha sonra Bolqarıstana qarşı oynadım. Qısa müddətdə millidə iki oyun oynamaq çox gözəl hisslər idi. Hər iki görüşdə də ən yaxşısı üçün çalışdım. Azərbaycan millisinə növbəti toplanışlarda da dəvət edilsəm, ən yaxşısı üçün əlimdən gələni edəcəm. Çünki Azərbaycan millisində bütün ürəyimlə oynayıram. Bunu da davam etdirəcəm.

Kollektivə, məşqçilər korpusuna təşəkkür edirəm. Məni çox yaxşı qarşıladılar. Mehribançılıq da yüksək səviyyədə idi. Bu da tez bir zamanda mənim milliyə adaptasiya olmağıma gətirib çıxardı. Azərbaycan milli komandasının perspektivi yüksəkdir. Həqiqətən də millidə çox keyfiyyətli oyunçular oynayır. İnanıram ki, yaxşı nəticələr göstərəcəyik".

0