FIFA reytinqi: Millimiz ili 127-ci pillədə başa vurub
23.12.2025 - 12:01
FIFA reytinqi: Millimiz ili 127-ci pillədə başa vurub

FIFA-nın milli komandalar üzrə yenilənmiş reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, nəticələrə əsasən, Azərbaycan milli komandası 1132.97 xalla 127-ci pillədə yerini qoruyub. 

Kipr yığması millimiz izləyir (1128.5)- bir pillə aşağıdadır. Malavi isə yığmamızı qabaqlayır və komandamızdan bir pillə yuxarıda qərarlaşıb(1133.75).

Reytinqdə ilk onluq aşağıdakı kimidir:

1.İspaniya (1877.18)
2.Argentina (1873.33)
3.Fransa (1870)
4.İngiltərə (1834.12)
5.Braziliya (1760.46)
6.Portuqaliya (1760.38)
7.Niderland (1756.27)
8.Belçika (1730.01)
9.İtaliya (1717.71)
10.Almaniya (1724.15).