"Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu
15.09.2024 - 16:38
"Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

Apasport.az xəbər verir ki, bütün rəqiblərini qabaqlayan "McLaren" pilotu Oskar Piastri yarışın qalibi olub.

"Ferrari" sürücüsü Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub. 

Qeyd edək ki, ümumi göstəricidə "Red Bull"un pilotu Maks Verstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. 

0