"Gəncə" basketbol klubunun kapitanı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandada kapitanlıq sarğısını Azərbaycan millisinin də üzvü olan Elşad Şirzadov daşıyacaq.
26 yaşlı basketbolçu kapitan təyin olunması ilə bağlı təəssüratlarını bölüşüb:
"Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram. Ümidləri doğrultmağa çalışacağam. Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram. Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəyəm. Kollektivimizin bir ailə olması üçün əlimdən gələni edəcəyəm. Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm. Kapitan seçildiyim üçün həm də sevincliyəm”.
Qeyd edək ki, E.Şirzadov "Gəncə"nin yeni transferidir.
- Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
- Mbappe işi bağlandı
- Artim Şakiri: "Bu fakt “Qarabağ” üçün üstünlükdür" - Müsahibə
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO