Gənclər və İdman Nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.
Apasport.az saytının məlumatına görə, qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.
Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.
Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi vardır və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.
Qeyd edək ki, maskot aprel ayında keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT