
Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi start götürüb.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləşçilər qüvvələrini sınayıblar.
Gəncə İdman Sarayında keçirilən birincilikdə 38, 44, 52, 62 və 75 kq-da medalçılar müəyyənləşib. Gəncə güləşçiləri iki çəkidə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
38 kq
1.Sərxan Musayev (Qax, ROİL)
2.Cavanşir Süleymanov (MOİK)
3.Ramal Hacıyev (Gəncə, Təhsil-1), Elman İsmayılov (Gəncə, Təhsil-1)
44 kq
1.İbrahim Həsənov (Gəncə, Təhsil-1)
2.Musa Tağıyev (Gəncə, Təhsil-1)
3.Nurxan İsmayılov (Abşeron, “Zenit”), Zirəddin Rzayev (Lənkəran)
52 kq
1.Yusif Hüseynov (Gəncə, Təhsil-1)
2.Nizami Hüseynov (Şəki)
3.Yılmaz Səmədov (Siyəzən), Hüseyn Məmmədli (Sumqayıt)
62 kq
1.Məhəmməd Həsənli (UGİM-5)
2.Məhərrəm Babayev (Şəmkir)
3.Anar Həsənli (Pəhləvan), Siyasət Dadaşzadə (Lənkəran)
75 kq
1.Elvin Necəfzadə (UGİM-1)
2.Mirhəbib Qasımov (Cəlilabad, “Pəhləvan”)
3.Hacımurad Rəcəbov (Zaqatala), Yaşar İbrahimov (İmişli)