Gürcüstan yığması AVRO-2024-ün seçmə mərhələsində İspaniyaya 1:7 hesabı ilə uduzub.
Apasport.az-ın məlumatına görə, bu komandanın tarixində ən ağır məğlubiyyət olub.
Bundan əvvəl Gürcüstan yığması Rumıniya (0:5, 1996) və Danimarkaya (1:6) böyükhesabla uduzmuşdu. Fransalı mütəxəssis Villi Sanyolun rəhbərlik etdiyi komanda bu dəfə rəqibinə 6 top fərqi ilə boyun əyib. Gürcülərin yeganə qolunu Georgi Çakvetadze vurub. Qonaq komandanın heyətində Alvaro Morata “het-trik”lə yadda qalıb.
Qeyd edək ki, dörd oyundan sonra gürcülər 4, ispanlar isə üç matçdan sonra 6 xal toplayıblar.
Gürcüstan yığmasının tarixi məğlubiyyəti
08.09.2023 - 22:46
0
0