Kadi "Qarabağ"da məşqə başlayıb
11.02.2025 - 11:12
![Kadi "Qarabağ"da məşqə başlayıb](https://apasport.az/storage/news/2025/february/11/big/67aaf85f6b36167aaf85f6b362173925795167aaf85f6b35f67aaf85f6b360.jpg)
"Qarabağ"ın bir neçə gün öncə heyətinə qatdığı Kadi Borges komandanın düşərgəsinə qoşulub.
Apasport.az xəbər verir ki, braziliyalı vinger dünən Ağdam klubunda ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Qarabağ" Kadi Borgesi "Ferentsvaroş"dan transfer edib. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
0
0