Kamran Quliyev “Neftçi”dəki vəzifəsindən azad edildi
24.07.2023 - 12:45
Kamran Quliyev “Neftçi”dəki vəzifəsindən azad edildi

“Neftçi”nin prezidenti Kamran Quliyev vəzifəsindən azad edilib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Quliyev 2018-ci ildən rəhbərlik etdiyi Bakı təmsilçisini tərk edib. Onun rəhbərliyi dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

Qeyd edək ki, klubun yeni prezidenti hələ dəqiqləşməyib.
 

0