Kapitan gəmini tərk edir - ”Kristal Pelas”da ayrılıq səsləri
12.08.2025 - 23:17

"Kristal Pelas"da ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, Mark Qehi komandanı tərk etməyə yaxındır.
Onun xidmətində "Liverpul" maraqlıdır.
Mersisaydlılar Qehi üçün danışıqlara başlayıb. 25 yaşlı futbolçunun transferinin təxminən 35-40 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında transfer edib.
0
0