“Kəpəz”in müvəqqəti baş məşqçisi açıqlandı
29.08.2022 - 14:11
“Kəpəz”in müvəqqəti baş məşqçisi açıqlandı

“Kəpəz”də baş məşqçi postunu kimin tutacağı müəyyənləşib.

Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Xaliq Mərdanov müvəqqəti bu posta təyin olunub.

Gəncə təmsilçisi bir günlük istirahətdən sonra bu gün məşqləri bərpa edəcək. Yasar Vahabzadə və məşqçilər korpusu istefaya göndərildiyindən, hazırlığa əvəzedicilərin baş məşqçisi Mərdanov çıxaracaq. Bu gün məşq 18:00-da Gəncə şəhər stadionunda olacaq.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının V turunda sentyabrın 1-də “Qarabağ”la qarşılaşacaq.

0