Peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, Türkiyədə kifayət qədər məşhur olan "Qəbələ" İdman Klubunu təmsil edən Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.
Apasport.az-ın məlumaıtna görə, 37 yaşlı "Kobra" ləqəbli idmançı Türkiyədə "Akın Fight Arena" turniri çərçivəsində keçirilən gecədə 66-cı peşəkar döyüşünə çıxıb.
85 kq çəki dərəcəsində baş tutan görüşdə onun rəqibi ABŞ təmsilçisi Omar Moreno olub. İdmançımız 2 dəfə rəqibini nokdauna salsa da, 27 yaşlı amerikalı kikboksçu özündə taqət taparaq döyüşü davam etdirib. Bununla belə, 3 raundun sonunda qalib elan olunan idmançı Pərviz Abdullayev olub. O döyüşdən sonra bu görüşün karyerasının son döyüşü ola biləcəyini istisna etməyib.
Həmçinin, döyüş gecəsində daha 2 azərbaycanlı idmançı yarışıb, lakin hər 2-si yerli kikboksçulara uduzub. Mübariz Ağamalıyev Rəcəp Doğana yenilib. 40 yaşlı Anar Süleymanov isə 2-ci dəfə qarşılaşdığı Tuncay Güvənə uduzub.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib