Koko Qauff US Opendə çempion oldu
10.09.2023 - 13:22
Koko Qauff US Opendə çempion oldu

“Böyük Dəbilqə” seriyasından US Opendə qadınlar arasında final matçı keçirilib.

Apasport.az saytı xəbər verir ki, yerli idmançı Koko Qauff turnirin qalibi olub.

Həlledici görüşdə Qauff belaruslu Arina Sabalenka ilə qarşılaşıb. İlk setdə rəqib idmançı qələbə qazansa da, amerikalı tennisçi böyük əzmkarlıq göstərib. Koko karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışında çempion olub. O, ilk finalında - 2022-ci ildə Rollan Qarrosda İqa Şvyontekə uduzmuşdu. Mövsümün ilk böyük turniri Australian Opendə qələbə qazanan Sabalenka isə ikinci finalında məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, kişi  tennisçilərin finalında bu gün Novak Cokoviçlə Daniil Medvedyev qarşılaşacaq.
 

0