Danimarka Serbiya ilə bütün görüşlərdən qalib ayrılıb - Statistika
25.06.2024 - 20:26
Avropa çempionatının C qrupunun üçüncü turunun sonuncu oyununda Danimarka və Serbiya yığmaları qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Danimarka iki ölkə arasında milli komandalar səviyyəsində keçirilən bütün matçlarda qalib gəlib.
Yuqoslaviyanın dağılmasından və Serbiyanın müstəqilliyindən sonra iki komanda 3 dəfə üz-üzə gəlib. Danimarka sözügedən bütün matçlarda qələbə qazanıb.
Serbiya Danimarkanın vurduğu 8 qola tək qolla cavab verib.
Qeyd edək ki, Seriya müstəqil olmadan öncə bu millilər arasında 10 qarşılaşma keçirilib. Hər komanda 5 qələbə ilə yadda qalıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0