"Liverpul" İsakdan əl çəkmir
19.07.2025 - 09:33
"Liverpul" İsakdan əl çəkmir

"Liverpul" "Nyukasl"ın hücumçusu Aleksandr İsak ilə bağlı danışıqları davam etdirmək niyyətindədir. 

Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Klub daha əvvəl "qırmızlar"ın təklifindən imtina etsə də, insayderin iddialarına görə, "Liverpul" futbolçunun transferində israrlıdır. 

"Transfermarkt"ın məlumatına görə, Aleksandr İsakın dəyəri 120 milyon avrodur.

Qeyd edək ki, İsak Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin də marağındadır.