Avstriyanın Qrats şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə rəqs duetləri qısa proqramda qüvvəsini sınayıb, kişilər sərbəst çıxışla mükafatçıları müəyyənləşdiriblər.
Azərbaycan millisinin üzvü Vladimir Litvintsev 151,08 xal toplayıb. O, kişilərin sərbəst proqramında 8-ci olub.
Təmsilçimiz iki çıxışın cəmində 221,09 xal yığıb. Bu, qısa proqramdan sonra 17-ci olan V.Litvintsevin Avropa çempionatını 9-cu yerdə başa vurması üçün yetərli olub.
Avropa çempionu adına isə rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayıb. Onun komanda yoldaşı Artur Danielyan 246,74 xalla 2-ci, gürcüstanlı Morisi Kvitilaşvili 246,71 xalla 3-cü olub.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatına iki idmançı ilə yollanıb. V.Litvintsevlə yanaşı, Yekaterina Ryabova da fərdi yarışlarda çıxış edəcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib