Mahir Emrelinin bilək sümüyü qırılıb
29.04.2025 - 09:15
Mahir Emrelinin bilək sümüyü qırılıb

Almaniya II Bundesliqa təmsilçilərindən "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.

Hazırda zədə cərrahi müdaxilə olmadan müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.

Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda  komandasının 2-ci qolunu vurub.