Medina “100”ə çatdı
27.09.2025 - 23:38
Misli Premyer Liqasının VI turu Kevin Medina üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.
Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.
32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.
Qeyd edək ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0