Məşhur xorvatiyalı bu yay təqaüdə çıxa bilər
01.02.2024 - 14:53
Məşhur xorvatiyalı bu yay təqaüdə çıxa bilər

"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç bu mövsümün sonunda futbolçu karyerasını bitirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Manu Karreno məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Modriç müqaviləsi başa çatdığı üçün “kral” klubunu tərk edəcək. 38 yaşlı yarımmüdafiəçi onu maraqlandıran təklif almazsa, Avro-2024-dən sonra butslarını asa bilər.

Luka 2012-ci ilin yayından "kral" klubunun rənglərini qoruyur. Madrid komandasının tərkibində yarımmüdafiəçi 512 oyun keçirib, 38 qol və 83 məhsuldar ötürmə ilə fərqlənib.
 

0