Milli tarixinin ikinci bombardiri
15.06.2022 - 10:31
Milli tarixinin ikinci bombardiri

Niderland millisinin hücumçusu Memfis Depay komandasının Millətlər Liqasında Uels üzərində 3:2 hesablı qələbəsinə son dəqiqə qolu ilə töhfə verib.

Apasport.az saytının məlumatına görə, qalibiyyət topunun müəllifi olan “Barselona”nın forvardı “narıncılar”ın heyətində 42-ci dəfə fərqlənib.

Bununla o, Klas-Yan Huntelaarla qol sayını bərabərləşdirərək yığma tarixinin ən məhsuldar ikinci oyunçusuna çevrilib. İndi Depay yalnız Robin van Persidən geri qalır. Van Persinin aktivində 50 qol var.

Qeyd edək ki, Niderland yığması Millətlər Liqasında 4 turdan sonra 10 xalla 4-cü qrupa başçılıq edir.

0