Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.
Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30
- "Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
- Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"
- “Qarabağ”a qol vurmağın mükafatı bəlli oldu - ÖZƏL
- "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub
- Qurban Qurbanov: "Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır"