Millimiz Lüksemburqa məğlub oldu
12.03.2025 - 18:25
Millimiz Lüksemburqa məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan matçda qonaqlar böyük hesabla qalib gəlib.

İlk hissədə bir top vuran Lüksemburq fasilədən sonra daha 4 dəfə fərqlənib – 5:0. Bu qollardan ikisi rəqib azlıqda qaldıqdan sonraya təsadüf edib.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçirilir. I turun digər matçında Bolqarıstan Maltaya 5 cavabsız qol vurub.

AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
12 mart, I tur

16:00. Azərbaycan – Lüksemburq – 0:5
Qollar:
 Hanna Ditrix, 7, Çarlie Jorje Maqalyaes, 53, Lisa Jüstine Daffik, 63, Karmen Kirps, 89, Amelie Feil, 90
Baş hakim: Eglantina Pyetruşay (Albaniya)