Millimiz Gürcüstana məğlub oldu – ardıcıl ikinci dəfə
09.09.2026 - 15:42
Millimiz Gürcüstana məğlub oldu – ardıcıl ikinci dəfə

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığma Gürcüstanla qarşılaşıb.

“Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sentyabrın 7-də komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Gürcüstan millisi qalib gəlmişdi – 1:0.