Millimizin futbolçusunun yeni klubu bilindi: Türkiyə komandası ilə anlaşdı
16.06.2026 - 11:10
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Ozan Can Kökçü “Vanspor”a keçib. Türkiyə təmsilçisi millimizin üzvü ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Niderlandın “Volendam” klubunun formasını geyinib. “Vanspor” Türkiyə I Liqasında mübarizə aparır.
0
0