Millimizin oyununda bolqarıstanlı hakimlər
09.10.2023 - 14:47
Millimizin oyununda bolqarıstanlı hakimlər

Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, oktyabrın 12-də keçiriləcək matçı Bolqarıstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Georgi Davidov olacaq. Ona Georgi Doynov və Miroslav Maksimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristiyan Kolev yerinə yetirəcək.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək matç  saat 18:00-da başlayacaq.
 

0