
“Bizim üçün çox önəmli oyundur. Final matçına çox yaxşı hazırlaşmışıq”
Apasport.az-ın məlumatına görə, bunu Azərbaycan kubokun finalından əvvəl keçirilən mətbuat konfransında “Qəbələ”nin futbolçusu Murad Musayev deyib.
29 yaşlı müdafiəçi finalın keçirildiyi stadionun “Qəbələ” üçün uğurlu olduğunu bildirib: “ Kuboka sahib olmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeş və atmosferin olması çox yaxşıdır. “Bakcell Arena” "Qəbələ" üçün uğrulu stadiondur. Düşünürəm ki, sabah da belə olacaq".
Qeyd edək ki, Azərbaycan kubokunub final matçı sabah “Bakcell Arena”da baş tutacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL