Ən sürətli Maks Ferstappen oldu - “Formula-1”də
04.06.2021 - 13:31
Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb.
Apasport.az saytının məlumatına görə, mövsümün 6-cı mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.
Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull” pilotu Maks Ferstappen sərbəst yürüş zamanı hamıdan sürətli olub.
O, 1:43.184-lük göstəriciyə imza atıb. Ferstappendən sürətdə müvafiq olaraq “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns geri qalıb.
Qeyd edək ki, saat 16:00-da ikinci sərbəst yürüşə start veriləcək.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0