“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Apasport.az saytının məlumatın görə, 1 saat davam edən son məşqdə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” pilotu birinci sərbəst yürüşün ən sürətlisi olan komanda yoldaşı Maks Ferstappeni qabaqlayıb. Peres dövrəni 1 dəqiqə 42,115 saniyəlik göstərici ilə başa vurub. Bu, həm birinci, həm də ikinci sərbəst yürüşün ən erkən göstəricisidir. Meksikalı pilot günün ilk yarısındakı məşqdə ən yaxşı 4-cü nəticəyə imza atmışdı. “Ferrari”nin bolidlərini idarə edən Karlos Sayns və Şarl Lekler müvafiq olaraq ən sürətli 3-4-cü pilotlar olub.
Qeyd edək ki, sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək