Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı Luka Modriçi dünya çempionatının yekunlarına əsasən, “Qızıl top” mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Apasport.az saytının məlumatına görə, o, bu barədə instaqram hesabında paylaşım edib.
“Qardaşım Luka Modriç, necə qürur hissi keçirdiyimi təsəvvür edə bilməzsən. Sən mükafata layiqsən. Bütün Xorvatiya ilə birlikdə bunu qeyd edəcəyik. Xorvat olmaqdan daha gözəl bir şey yoxdu” – deyə, Rakitiç ürək sözlərini sosial mediada izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, “Qızıl top” mükafatı dünya çempionatının ən yaxşı oyunçularına verilir.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb