Paytaxt derbisini "Neftçi" qazandı - YENİLƏNİB
03.12.2023 - 19:03
Paytaxt derbisini "Neftçi" qazandı - YENİLƏNİB

Bu gün Premyer Liqada XV turun 2-ci oyun günüdür.

Apasport.az xəbər verir ki, günə Bakıda yekun vurulub. 

Belə ki, turun mərkəzi matçında "Neftçi Arena"da paytaxt derbisi baş tutub. Qarşılaşma "ağ-qaralar"ın qələbəsiylə başa çatıb: 1:0.

Xatırladaq ki, tura sabah "Qarabağ" - "Qəbələ" görüşüylə yekun vurulacaq. 

3 dekabr (bazar)

17:00. "Neftçi" – "Zirə" 1-0 

Qol: R. Hacıyev, 60
Hakimlər
: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. "Neftçi Arena" stadionu

İlk dövrədəki matç - 1:1

"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber

Baş məşqçi: Adrian Mutu

 

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 6. Eldar Quliyev, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

0