
Misli Premyer Liqasının 24-cü turu çərçivəsində fevralın 21-i saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bunu "ağ-qaralar"ın mətbuat xidməti açıqlayıb.
Qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 30 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-sumqayit-fk21/143840
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
- Füzuli Məmmədov: “Kollektivdə qələbə hissi dirçəldi” - MÜSAHİBƏ
- "Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO
- “Neftçi” – “Sumqayıt” matçının hakimləri bəlli olub
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Milli komandamız kimə tapşırılır? - AFFA iclas edəcək