“Neftçi”də 6-cı, Premyer Liqada 61-ci
07.08.2023 - 11:45
“Neftçi”də 6-cı, Premyer Liqada 61-ci

Misli Premyer Liqasının I turu Adrian Mutunun Azərbaycan çempionatındakı debütü ilə əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis “Neftçi”ni “Kəpəz”lə səfər oyununa çıxarıb. 

Onun debütü uğursuz alınıb. Gəncəlilər öz meydanında 1:0 hesabı ilə qalib gəlib.
Mutu Azərbaycan çempionatları tarixinə 61-ci legioner baş məşqçi kimi düşüb. 

O, Premyer Liqa tarixində 4-cü rumıniyalı olub. Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf da Azərbaycan çempionatında çalışıb.

Mutu “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Ona qədər Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik edib.
 

0