"Neftçi"də gözlənilməz ayrılıq - O da komandanı tərk edir
08.10.2024 - 15:22
Roman Qriqorçukun baş məşqçi postundan gedişindən sonra “Neftçi”də dəyişikliklər olacağı gözlənilir.
Apasport.az saytına verilən məlumata görə, qışda komandadan bəzi oyunçular göndəriləcək.
Onlardan biri də Qriqorçukun yayda özü ilə birlikdə “Çernomorets”dən gətirdiyi Andrey Ştoqrindir. 25 yaşlı futbolçu da Qriqorçuk kimi özünü doğrultmadığı üçün "transfer pəncərəsi"ndə yola salınacaq.
Qeyd edək ki, onun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Ukraynalı buna qədər yalnız "Çernomorets"də çıxış edib.
- “Karvan-Yevlax”ın futbolçusu milliyə dəvət alıb
- II Liqa: IX turun təyinatları müəyyənləşib
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
0
0