“Neftçi”də sərvət qazanacaq – REGEKAMPFIN MƏVACİBİ
22.06.2022 - 10:19
“Neftçi”də sərvət qazanacaq – REGEKAMPFIN MƏVACİBİ

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf Azərbaycanda sərvət qazanacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə Rumıniyanın “ProSport” nəşri məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı mütəxəssisin Bakı klubundakı illik məvacibi 480 min avro olacaq. Yəni Regekampfın “ağ-qaralar”da aylıq maaşı 40 min avro olacaq. Mükafatları da nəzərə alsaq, rumıniyalı çalışdırıcı ölkəmizdə bir ilinə 1 milyon manatdan çox qazanc götürəcək.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
 

0